📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda minlərlə məhbus əfv olunacaq - Qərar

2026-02-10 14:58:40

İranda minlərlə məhbus əfv olunacaq - Qərar

İranda 2108 məhbusun əfvi və ya cəzasının azaldılması ilə bağlı qərar imzalanıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın Ali lideri Əli Xamenei Məhkəmə Hakimiyyəti başçısı Qulam Hüseyn Möhsəni Ejeinin məhbusların cəzasının azaldılması və əfv edilməsi təklifini qəbul edib.

Təklifə əsasən, 2108 məhbusdan 919-u əfv olunacaq. Qalan 1189 məhbusun cəzası azaldılacaq, bəzilərinin cəzası isə cərimə ilə əvəz olunacaq.