İranda molla rejimi daha 14 nəfəri edam etdirdi
2023-05-18 21:36:00
Mayın 18-də Xürrəmabadda 5, Kermanda 4, Rəştdə 2, Sınandaş şəhərində 2, Ciroftda 1 edam Xameneyinin əmri ilə cəlladlar məhkəməsi tərəfindən həyata keçirilib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Edam olunmuş 14 nəfərdən üçü etnik bəluçdur.
Qohərdəşt şəhərində Əfqanıstan vətəndaşı olan evsiz şəxs də edam edilib.
Mayın 18-i günorta saatlarına kimi açıqlanan edamların ümumi sayı 107 nəfərdir.
Aprelin 20-dən mayın 18-dək ayında xalq qiyamınının qarşısının alınması üçün demək olar ki, hər 6 saatdan bir edam icra olunmaqdadır.