📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda müəllim şagirdləri ilə bu mahnını oxudu, işdən qovuldu - VİDEO

2023-02-17 20:49:00

İranda müəllim şagirdləri ilə bu mahnını oxudu, işdən qovuldu - VİDEO

İranın Mazandaran vilayətinin Qaimşəhr şəhərində müəllim sinifdə şagirdləri ilə mahnı oxuduğuna görə vəzifəsindən kənarlaşdırılıb.

Hurriyyet.Az İranın “Roshd” agentliyinə istinadən xəbər verir ki, gənc müəllimin şagirdləri ilə vulqar hesab edilən mahnı oxuduğu iddia edilir.

Sinifdə lentə alınan video sosial şəbəkələrdə sürətlə paylaşılaraq gündəm olub. Bunun ardınca Mazandaran vilayətinin təhsil idarəsi müəllimi vəzifəsindən azad edib. Bununla yanaşı, hazırda videonun çəkildiyi məktəbin lisenziyasının ləğv edilməsi məsələsi müzakirə edilir.

 

 
AZİNFORM.AZ