İranda müxalifət qrupu ilə əlaqəli daha iki nəfər edam edilib
2026-04-04 12:32:53
İranda ölkə daxilində hücumların hazırlanmasında təqsirləndirilən iki nəfər edam edilib.
"Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd olunub ki, məhkum olunanlar Tehranda "Mücahidin-e Xalq" (İran Xalq Mücahidləri Təşkilatı) müxalifət təşkilatı ilə əlaqəli olublar.
Ölkənin Ali Məhkəməsi onlara çıxarılan hökmləri təsdiqlədikdən sonra dar ağacından asılıblar.
Xatırladaq ki, martın 30-da "Mücahidin-e Xalq" müxalifət təşkilatı ilə əlaqədə ittiham olunan iki nəfər edam edilmişdi.