📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda nazirin olduğu təyyarə qəzaya uğradı

2023-02-23 17:45:00

İranda nazirin olduğu təyyarə qəzaya uğradı

İranda idman naziri Seyid Həmid Səcadi Həzavini daşıyan helikopter Baft şəhəri yaxınlığında eniş edərkən yerə qəzaya uğrayıb. 

Hurriyyet.az xəbər verir ki, nəticədə bəzi sərnişinlər yaralanıb və tibb mərkəzlərinə aparılıb. 

Şahidlər nazirin vəziyyətinin yaxşı olduğunu, onun və digərlərinin yüngül xəsarətlər alaraq xəstəxanaya aparıldığını deyiblər. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. (yenisabah)