📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda növbəti benzin böhranı: Benizdoldurma stansiyaları iflic vəziyyətə düşüb

2021-10-26 23:23:00

İranda növbəti benzin böhranı: Benizdoldurma stansiyaları iflic vəziyyətə düşüb

 
İranda baş verən kiberhücumdan sonra ölkədəki bütün yanacaqdoldurma məntəqələri iflic vəziyyətə düşüb. 
 
Kiberhücum nəticəsində yanacaqdoldurma məntəqələri qarşısında yüz metrlərlə növbələr yaranıb.
 
Problemin böyüklüyü İran rəsmilərini xalqa müraciət etmək məcburiyyətində qoyub. Rəsmilər xalqdan yanacaqdoldurma məntəqələrinə getməməyi xahiş ediblər.


 
İran Yanacaq Stansiyaları Sahibləri Assosiasiyasının bəyanatında deyilir: "Bu problemin səbəbi benin təchizatı sisteminə kiberhücum olmasıdır. Ağıllı yanacaq sistemlərinin fəaliyyəti tamamilə dayanıb". 
       
Kiberhücumun mənşəyi tam bildirilməsə də təxribatın İsrailli hakerlər tərəfindən törədildiyi güman olunur. \\Ovqat.com