İranda oruc tutmayanları şallaqlayırlar, diplomatların ailələri isə kef məclisi qurur - FOTO
2023-04-05 15:48:00
Oruc tutmayan İran diplomatları ailələrinin Londonda çəkilən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hurriyyet.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri İranda sadə insanların oruc tutmadığına görə həbs olunduğu və şallaqlandığını, Londonda isə İslam Respublikası diplomatlarının ailələrinin Ramazan ayında kef məclisləri qurduqlarını bildiriblər.
"Çünki ora xəlvətdir", - deyə onlar rejimdən narazılıqlarını bildiriblər.
Qeyd edək ki, bu fotonun London yaxınlığındakı parka çəkildiyi bildirilir.

BakuPost