İranda partlayış və yanğın baş verib
2024-03-07 18:32:11
Hurriyyet.az xəbər verir ki, bu gün İranın Bender Abbas şəhərində, böyük neftayırma zavodunda partlayış və yanğın baş verib. Yaralananların olduğu xəbəri yayılıb.
İlkin məlumata görə, təmirdə olan sobalardan biri alışıb. Lakin insidentin dəqiq səbəbləri hələlik aydınlaşdırılmayıb.
Bəzi mənbələrdə ölənlərin olduğu iddia edilsə də, digər məlumatlarda heç kimin həlak olmadığı, iki nəfərin hündürlkükdən yıxıldığı bildirilir.
Bender Abbas şəhəri ölkənin cənubunda, İran körfəzinin sahilində yerləşir.
Hürr Tərcüman