📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda polis maşınlarına hücum edildi - 6 nəfər öldü

2024-04-09 20:09:33

İranda polis maşınlarına hücum edildi - 6 nəfər öldü

İranda polis maşınlarına hücum edilib, ölənlər var.

Bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətinin Saravan şəhəri yaxınlığında silahlı şəxslər polis avtomobillərinə hücum edib.

Hücum nəticəsində 5 polis əməkdaşı həlak olub.

"Tasnim" isə 6 polis əməkdaşının həlak olduğunu yazıb. İki polis əməkdaşı isə yaralanıb.

“Ceyş Əl-Ədl” terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb. \\Referans.az