📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda polis məntəqəsinə silahlı basqın - 6 nəfər öldü

2023-07-08 22:58:00

İranda polis məntəqəsinə silahlı basqın - 6 nəfər öldü

İranın cənub-şərqində yerləşən Zahedan şəhərində silahlı şəxslər və kamikadzelər polis məntəqəsinə hücum edib.
Hurriyyet.Az "Reuters"a istinadən xəbər verir ki, hücum nəticəsində iki polis məmuru və dörd hücumçu vəfat edib.
Keçən il əxlaq polisinin nəzarətində olan gənc qadının ölümü ilə başlayan ümummilli iğtişaşlar dalğası zamanı ən qanlı etirazlar Zahedanda olub.
"Ceyş əl-Ədl" və ya Ədalət Ordusu adlı silahlı qrup sosial şəbəkədəki paylaşımında məsuliyyəti öz üzərinə götürərək bununla 30 sentyabr 2022-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən öldürülən etirazçıların ölümünün qisasını aldığını bildirib.