İranda prezidentliyə namizədlərin qeydiyyata alınması başlayıb
2024-05-30 11:57:38
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki,İranda prezidentliyə namizədlərin qeydiyyata alınması başlayıb.
Bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi məlumat verib. Qeydiyyat 5 gün davam edəcək. Növbədənkənar prezident seçkiləri 28 iyun tarixinə planlaşdırılıb.
Bəlli olduğu kimi, İranın keçmiş prezidenti İbrahim Rəisi mayın 19-da vertolyot qəzasında həlak olub.
Hürr Tərcüman