📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda qondarma “DQR“-yə dəstək üçün imzatoplama kampaniyası keçirilir

2023-08-10 15:48:00

İranda qondarma “DQR“-yə dəstək üçün imzatoplama kampaniyası keçirilir

İranda Laçın dəhlizinin “bağlanmasını” pisləyən imzatoplama kampaniyasına başlanılıb. Kampaniya 17 sentyabr 2023-cü ilə qədər davam edəcək.

İranın “Karzar.net” saytında irəli sürülən təşəbbüs Qarabağ ermənilərini dəstəkləyir, guya Qarabağda "humanitar fəlakətin" qarşısını almaq üçün addımlar atmağa çağırır.

Sözügedən kampaniya İranda çıxan “Anahit” elmi, mədəni və ədəbi jurnalının redaksiya heyətinin katibi Abbas İqbal Mehranın təşəbbüsü ilə həyata keçirilir.

“Karzar.net” saytında irəli sürülən bu təşəbbüsün bəyanatında iddia edilir ki, "Dağlıq Qarabağın" 120 minlik erməni əhalisinin mühasirəyə alınması "Bakının" "Dağlıq Qarabağ" ermənilərinə qarşı törətdiyi “soyqırımı əməliyyatlarından” biridir.

Ülviyyə, Hurriyyet.az