📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda qum fırtınası – yüzlərlə insan xəstəxanaya aparıldı

2023-08-23 13:41:37

İranda qum fırtınası – yüzlərlə insan xəstəxanaya aparıldı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İranın cənub-şərqindəki Sistan-Beluçistan bölgəsində qum fırtınasına məruz qalan yüzlərlə insan xəstəxanaya aparılıb. 488 nəfərin xəstəxanaya çatdırıldığı, onlardan 64 nəfərinin yatağa düşdyü bildirilir.

Fırtına nəticəsində görmə məsafəsinin 300 metrə qədər azaldığı xəbər verilir. Qum fırtınasının bir həftə davam edəcəyi gözlənilir. Əhaliyə mümkün qədər bayıra çıxmamaq, maskadan istifadə eləmək tövsiyə edilib.

Hürr Tərcüman