📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda "Ramzrial" adlı kriptovalyuta dövriyyəyə buraxılacaq

2022-01-27 15:52:00

İranda

İran maliyyə sfrası da kriptovalyuta sisteminə qoşulur. Bu barədə açıqlama İran Mərkəzi Bankı tərəfindən verilib. 

İran Mərkəzi Bankının Ödəniş Sistemləri üzrə müavini bildirib ki, tezliklə bank kartları və internet bankçılıq kimi digər gündəlik ödəniş alətləri ilə birlikdə “Ramzrial” adlı yeni ödəmə vasitəsi olan kriptovalyuta təqdim ediləcək. Kriptovalyuta əskinasın başqa bir formasıdır, fərqi olması ilə budur ki, o, tamamilə rəqəmsal formada ictimaiyyətə təqdim olunur.
Kriptovalyuta ilə orijinal pul elektron şəkildə köçürülür və satıcı əməliyyatdan dərhal sonra vəsaitlərini ala bilər. Ödəniş də insanlara dərhal edilir.

Ülviyyə, Hurriyyet.az