📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda reabilitasiya mərkəzində yanğın - 27 ölü, 17 yaralı

2023-11-03 15:01:01

İranda reabilitasiya mərkəzində yanğın - 27 ölü, 17 yaralı

İranın şimalında narkoloji reabilitasiya mərkəzində yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə nəticəsində 27 nəfər həlak olub, daha 17 nəfər isə yaralanıb. 

Yaralılar paytaxt Tehrandan təqribən 200 kilometr şimal-qərbdə yerləşən Ləngrud bölgəsində xəstəxanaya yerləşdirilib. 

Yanğın söndürülüb. Hazırda hadisənin səbəbləri araşdırılır.

qafqazinfo.az