İranda saxlanılan Şərur sakinləri sərbəst buraxıldı
2023-08-19 15:44:00
Mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri sərbəst buraxılıblar.
Hurriyyet.az xəbər verir ki, bu barədə Report-a onların ataları məlumat verib.
Bildirilib ki, rayon sakinləri - Vüsal Quliyev və Rövşən Seyidov ötən gün 5 ay saxlanıldıqları həbsxanadan sərbəst buraxılıb.
Həmin şəxslər artıq Vətənə qayıdıblar.