İranda saxta spirtli içkidən 95 nəfər zəhərlənib, 14-ü ölüb
2023-06-17 00:01:00
İranın Əlburz vilayətinin Kərəc şəhərində saxta spirtli içkidən 95 nəfər zəhərlənib.
Saxta spirtli içkilərin 4 əsas satıcısı müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.
Xəstəxanaya yerləşdirilənlərdən 14-ü ölüb.
Qeyd edək ki, İranda spirtli içki saxlamaq və ya içmək qanunsuzdur.
Bu qanunu pozanlar həbs oluna, hətta edam cəzasına məhkum edilə bilər.\\APA