📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda seçkilərin ikinci turunda səsvermə vaxtı uzadıldı - Fotolar

2024-07-05 20:41:55

İranda seçkilərin ikinci turunda səsvermə vaxtı uzadıldı - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır.

Hurriyyet.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkədə 61 milyondan çox iranlı səsvermə hüququna malikdir.

Onlardan 18 milyonu 18 və 30 yaş aralığındadır. 

Seçkilər rəsmi olaraq yerli vaxtla 18:00-da başa çatmalı olsa da, səsvermə gecə yarısına qədər uzadıla bilər.