📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda sel- Xəsarət alanlar var

2024-06-26 15:09:41

İranda sel- Xəsarət alanlar var

İranın Mazandaran əyalətində Tilar çayının daşması nəticəsində baş verən sel fəlakəti nəticəsində 2 nəfər itkin düşüb, 18 nəfər xəsarət alıb.

Hürriyyət.az İranın rəsmi xəbər agentliyi “İRNA”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Mazandaran əyalətinin Sevadkuh rayonunun qubernatoru Ramazan Qulami məlumat verib.

Mazandaran Qızıl Aypara Cəmiyyətinin prezidenti Qulaməli Fehari isə bildirib ki, 15 və 45 yaşlı 2 qadın itkin düşüb.

Fehari axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.