İranda sel fəlakəti – həlak olanlar və itkin düşənlər var
2022-07-28 13:03:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İranın Tehran vilayətində baş verən sellər və daşqınlar nəticəsində 4 nəfər həlak olub, 9 nəfər xəstəxanaya düşüb.
İran dövlət televiziyasının verdiyi xəbərə görə, Tehran və ətrafındakı leysan yağışlar sellərə və sürüşmələrə səbəb olub.
İran Prezidenti İbrahim Rəisi xilasedici əməliyyatların sürətləndirilməsi və zərərçəkənlərə yardım göstərilməsi barəsində göstəriş verib.
İmamzadə Davud rayonunda itkinlərin axtarışı davam edir.
Hürr Tərcüman