📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda sel fəlakəti – ölənlər və itkin düşənlər var

2022-01-04 13:16:00

İranda sel fəlakəti – ölənlər və itkin düşənlər var

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, İranın cənubunda sel fəlakəti nəticəsində 8 nəfər həlak olub, 2 nəfər itkin düşüb. Bu barədə məlumatı İRNA agentliyi ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşına istinadla verib. Əməkdaş güclü leysanlardan zərər çəkənlərin sayının 14 nəfərə çatdığını bildirib.

Son günlərdə İranın cənubu sel fəlakətindən güclü zərər çəkir. Belə ki, Hormozqan əyalətinin 10 kəndinin köçürülməsinin zəruri olduğu bəyan edilib.

Hürr Tərcüman