İranda sellər insan ölümlərinə səbəb oldu
2023-06-09 12:05:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın mərkəzində sellər nəticəsində səkkiz nəfər həlak olub. Təbii fəlakətdən ən çox İsfahan vilayətinin mərkəzi hissəsi zərər çəkib. Ən çox dağıntıya Erdestan rayonu məruz qalıb. Bu rayonda dörd nəfər həlak olub, doqquzu yaralanıb. Bir nəfər yerli sakin itkin düşüb.
Azı 13 ev viran olub.
Hürr Tərcüman