📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda səsvermə vaxtı iki saat uzadıldı

2024-06-28 19:39:03

İranda səsvermə vaxtı iki saat uzadıldı

İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-dək  uzadılıb.

Bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb”, - məmur IRIB telekanalının efirində deyib.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) başlayıb. Məntəqələr yerli vaxtla saat 18:00-da bağlanmalı idi.