📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda tələbələr niyə zəhərlənir?- İDDİALAR

2023-02-27 15:47:00

İranda tələbələr niyə zəhərlənir?- İDDİALAR

İranın Xacə Nəsir Universitetinin fakültələrinin tələbələri universitetdə keyfiyyətsiz yemək verilməsinə etiraz olaraq aksiya keçiriblər.

Hurriyyet.az xəbər verir ki,  Borucerddə məktəblərdə övladlarının zəhərlənməsi ardıcıl təkrarlanan tələbələrin ailələri də etiraz aksiyası keçiriblər.

İranın Səhiyyə Nazirliyi ölkənin səhiyyə nazirinin müavini Yunis Pənahi: "Qum şəhərindəki məktəblərdə şagirdlərin kütləvi zəhərlənməsi qəsdən olub və qız liseylərinin bağlanması məqsədini güdüb".

Qum seminariyasının tədqiqatçılar və müəllimlər məclisinin üzvü Fazil Meyəbdi “Şərq” qəzetinə deyib ki, qız tələbələrin ardıcıl zəhərlənməsinin arxasında “Hezare gəra” adlı qrup dayanır və bu qrupun hücumlarının “ağırlıq mərkəzi” Qum və İsfahan əyalətləridir.

Onun sözlərinə görə, “Bu qrup və təfəkkür sahibləri belə hesab edir ki, qızlar oxumalı və ya ibtidai məktəbin üçüncü sinfinə qədər oxumalıdır. Bu cərəyan dini və antimodern cərəyandır”.

musavat.com