📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda təqaüdçülər ayağa qalxdı (VİDEO)

2023-07-11 23:58:00

İranda təqaüdçülər ayağa qalxdı (VİDEO)

İranda təqaüdçülər etiraz aksiyası keçirib. 

Aksiya Yəzd, Kirmanşah, Kərəc, Fars və Sənəndənc bölgələrində baş tutub. 

Azadlıq Radiosunun İran bölməsi yazır ki, digər bölgələrdə də təqaüdçülər etiraza qalxıb. 

Onların etirazı həyat şəraitlərinin çətin olması, hüquqlarının pozulmasına etiraz ediblər. 

Son illər İranda sosial-iqtisadi vəziyyət xeyli dərəcədə pisləşib. Teokratik rejim isə sosial-iqtisadi problemləri həll etməkdənsə, geosiyasi savaşlara üstünlük verir. Bu, ölkənin iqtisadi vəziyyətini daha da pis duruma salır.

Digər tərəfdən, ölkədə insan haqları sahəsində vəziyyət dözülməz həddədir. Xüsusilə, 22 yaşlı Məhsa Əminin ölümü ilə əlaqədar ölkəni kütləvi aksiylara dalğası bürdükdən sonra İran hakimiyyəti avtoritar üsul-idarəni daha da sərtləşdirib. Bundan istifadə edən məmurlar isə addımbaşı vətəndaşların hüquqlarını pozmaqla məşğuldur.

Bu amillər isə ölkədə narazılıq dalğasının artmasını təmin edir. İranlı fəallar deyir ki, hakimiyyət hər nə qədər cəhd etsə də, artıq etirazların tam qarşısını almaqda acizdir. 

 

Qaynarinfo.Az