📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda universitet tələbələri dərslərdən imtina ediblər

2022-09-26 21:44:00

İranda universitet tələbələri dərslərdən imtina ediblər

İranda etiraz aksiyaları ilə əlaqədar tələbə birlikləri açıqlama yayaraq dərslərdə iştirak etməkdən imtina ediblər.

İndiyədək Tehran, Təbriz, Rəşt, Həmədan, Kərəc və digər şəhərlərdə minimum 19 universitetin tələbələri dərslərə qatılmayacaqlarını elan ediblər.

Tehranda Sənət Şərif Universitetinin 13 müəllimi ötən günlərdə etiraz aksiyalarında saxlanılan tələbələrin azad edilmədiyi zamanadək dərslər təşkil etməyəcəklərini bildiriblər. \\Trend