İranda uran zavodu VURULDU - Radioaktiv SIZMA...
2026-03-27 21:51:28
ABŞ və İsrail qüvvələri İranın mərkəzi hissəsində yerləşən Yəzd əyalətində uran filizi konsentratı istehsal edən zavoda zərbələr endirib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Atom Enerjisi Təşkilatı yayıb.
Məlumata görə, Yəzd əyalətinin Ərdəkan şəhərində yerləşən uran filizi konsentratı istehsalı zavodu Amerika-İsrail qüvvələrinin hədəfinə çevrilib. İlkin məlumatlara əsasən, hücum nəticəsində əraziyə hər hansı radioaktiv element sızması baş verməyib.