📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda Xuzistandan başlanan etiraz hərəkatı Tehrana qədər yayıldı

2021-07-27 17:23:00

İranda Xuzistandan başlanan etiraz hərəkatı Tehrana qədər yayıldı

Hurriyyet.org xəbər verir ki, İranın Xuzistan əyalətində su çatışmazlığı səbəbindən təqribən 10 gün bundan əvvəl başlayan etirazlar davam edir. BBC agentliyinin fars redaksiyasının verdiyi xəbərə görə, etiraz dalğaları ölkənin paytaxtına qədər çatıb. Tehranda ölüm şüarları səsləndirilir. Temperaturun 50 dərəcəyə çatdığı rayonlarda su problemləri ilə başlanan etirazlarda polisin vurduğu güllərdən ölüm halları baş verib. Xuzistanın şəhərlərində ölkənin ali dini lideri Ayətullah Əli Xamaneiyə qarşı şüarlar səsləndirilir.

İran dövlət mətbuatı Tehran şəhərindəki etirazların səbəbinin enerjinin kəsilməsi səbəbindən baş verdiyini bildirib.