İranda yenə zəlzələ oldu
2023-02-21 14:17:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İranın cənubundakı Fras vilayətində 5,2 bal gücündə zəlzələ olub. İran Milli seysmologiya Mərkəzinin məlumatına görə zəlzələnin mərkəzi Fras vilayətinin Dorz kəndində, yerin 10 km dərinliyində olub. Zəlzələ yerli vaxtla saat 09.35-də baş verib.
İtki və ya tələfat barəsində hələlik açıqlama verilməyib.
Hürr Tərcüman