📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda zavodda YANĞIN

2026-04-25 18:24:15

İranda zavodda YANĞIN

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodunda yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə İran mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Çaharbağ qubernatorunun sözlərinə görə, hadisə yerində Çaharbağ və ətraf şəhərlərin yanğınsöndürmə bölmələri, həmçinin xilasetmə xidmətləri işləyir.

Yanğının səbəbləri və mümkün zərərçəkənlər barədə məlumat verilmir.