📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda zəlzələ baş verdi

2022-05-17 22:13:00

İranda zəlzələ baş verdi

Çərşənbə axşamı İranda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Çaharmahal və Bəxtiyari ostanının mərkəzi olan Şəhrikürd şəhərindən 89 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Şəhrikürd şəhərinin təxminən 129 min nəfər əhalisi var. \\Ölkə.az