İranda zəlzələ baş verib, ölənlər və yaralananlar var
2022-07-02 11:33:00
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, ötən gecə İranın Hormozqan vilayətində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
İlkin məlumatlara görə 5 nəfər həlak olub, daha 44 nəfər zərər çəkib.
Zəlzələnin episentrinin mərkəzi 10 km dərinlikdə yerləşir.
Hürr Tərcüman