📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda zəlzələ oldu

2025-05-29 09:53:13

İranda zəlzələ oldu

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, ötən gecə, yerli vaxtla 1.00-da İranın cənubunda, 70 min nəfərə qədər əhalisi olan Minab şəhərinin yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib. 
Avropa-Aralıq dənizi seysmoloji mərkəzinin məlumatına görə, zəlzələnin episentri Minab şəhərindən 126 km şimalda, 10 km dərinlikdə olub.
Tələfat və ya dağıntı barəsində məlumat yoxdur.
Hürr Tərcüman