İranda zəlzələ oldu: Naxçıvanda hiss edildi
2026-11-22 16:27:46
İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Oxu.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.