📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandakı partlayışda ölənlərin sayı kəskin artıb

2025-04-28 15:28:56

İrandakı partlayışda ölənlərin sayı kəskin artıb

İranın Fars körfəzi sahillərində yerləşən Bəndər Abbas limanında baş verən güclü partlayışda həyatını itirənlərin sayı artıb.

Bu barədə Hörmüzqan vilayətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Mehrdad Həsənzadə açıqlama verib.

Həsənzadə bildirib ki, partlayış nəticəsində həyatını itirənlərin sayı 48-ə yüksəlib.

O, xəstəxanalara çatdırılan 1210 yaralıdan 1072-sinin evə buraxıldığını, 138 nəfərin müalicəsinin davam etdiyini dedyib.

Qeyd edək ki, partlayışın səbəbi hələ rəsmi olaraq açıqlanmasa da, hadisənin limandakı bəzi konteynerlərin partlaması nəticəsində baş verdiyi bildirilir.

AzPolitika.info