"İrandakı teokratik rejimin sonu yaxınlaşdıqca daha çox repressiyalara əl atır" - XAQANİ CƏFƏRLİ
"Tehran rejiminin məhkəməsi Nərgiz Məhəmmədini İran əleyhinə təbliğat aparmaq ittihamı ilə daha 1 il 3 ay həbs cəzasına məhkum edib"
"Tehran rejiminin məhkəməsi həbsdə olan Nobel Sülh Mükafatı laureatı, Güney Azərbaycan əsilli Nərgiz Məhəmmədini İran əleyhinə təbliğat aparmaq ittihamı ilə daha 1 il 3 ay həbs cəzasına məhkum edib. Nərgiz xanım dindirmə və məhkəmə iclaslarında iştirakdan imtina edib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq bildirib ki, bu, Tehran rejiminin 2021-ci ilin martından bəri Nərgiz xanıma qarşı beşinci hökmüdür: "İnsan hüquqları uğrunda apardığı mübarizəyə görə Nərgiz xanım üst-üstə 12 il 3 ay həbs cəzasına, 154 şallaq zərbəsinə, 2 il sürgünə və digər sosial-siyasi məhdudiyyətlərə məruz qalıb. Ötən ilin Norveç Nobel Komitəsi Nərgiz Məhəmmədini Nobel Sülh Mükafatına layiq görüb. Lakin bu da Tehran rejiminin Nərgiz Məhəmmədiyə qarşı represiyalarını dayandıra bilməyib. Teokratik rejimin sonu yaxınlaşdıqca daha çox repressiyalara əl atır. Amma bu onu dağılmaqdan qoruya bilməyəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az