📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan ABŞ-dəki seçkilərə - Reaksiya

2026-11-04 12:11:40

İrandan ABŞ-dəki seçkilərə - Reaksiya

“ABŞ vətəndaşları Konqresə aralıq seçkilərdə İranla müharibənin əleyhinə səs verdilər”​. 

Hurriyyet.net  xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb. 

“Ya vicdanlarına, ya da yaşayış xərclərinə görə amerikalılar müharibəyə “yox” dedilər. Biz bu mesajı dəstəkləyirik. Əgər ABŞ hökuməti beynəlxalq bazar spekulyantlarına və şantajçılara xidmət etmək üçün cəmiyyətin iradəsinə xəyanət edərsə, bizim “yox” cavabımızın kabus olacağını anlayacaq”, - paylaşımda deyilir. 

Qeyd edək ki, ABŞ-də keçirilmiş aralıq seçkilərin ilkin nəticələrinə görə, Demokratlar Senatda 53, Respublikaçılar 41 yer qazanıblar. Nümayəndələr Palatasında isə Demokratlar 220, Respublikaçılar 127 yer əldə ediblər.