📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan Almaniyaya aparılan yeməklərdən narkotik çıxdı - Fotolar

2026-08-03 10:51:48

İrandan Almaniyaya aparılan yeməklərdən narkotik çıxdı - Fotolar

Xüsusi üsulla gizlədilərək 112 kiloqramdan artıq narkotik vasitə - heroinin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Hurriyyet.Media- ya  Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

Yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb. Çətinləşdirilən üsuldan istifadə edilməklə gizlədilmiş heroinin xalis təmiz çəkisi 112 kq 761,757 qram olub. 

Faktla bağlı araşdırma aparılır.