📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan Avropaya bütün uçuşlar dayandırıldı

2024-10-15 16:57:44

İrandan Avropaya bütün uçuşlar dayandırıldı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının tətbiq elədiyi son sanksiyalardan sonra İranın Aviadaşıyıcılar Asossiasiyası Avropa ölkələrinə bütün uçuşları dayandırıb. Bu barədə Assosiasiyanın direktoru Maqsud Əsədi Samani məlumat verib.
Samani deyib: "Ölkəmizdən Avropaya uçan yeganə şirkət "Iran Air" idi. Avropa İttifaqının həmin şirkətə qarşı yeni sanksiyaları ucbatından bundan sonra həmin uçuşlar dayandırılacaq".
Hürr Tərcüman