İrandan Azərbaycan-Ermənistan danışıqları ilə bağlı açıqlama
2024-04-23 11:03:11
Hurriyyet.az xəbər verir ki, İran Azərbaycan ilə Ermənistanın sərhədlərin delimitasiyası komissiyalarının iclasında əldə edilmiş razılaşmalara hörmətlə yanaşdığını bəyan edib.
IRNA agentliyinin məlumatına görə, bu açıqlamanı İran XİN-in rəsmi təmsilçisi Nəsir Kənani verib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün iki ölkənin sərhəd problemlərini bir-birinin ərazü bütövlüyü və sərhədlərinə qarşılıqlı hörmət çərçivəsində həll eləməyə davam eləməsi zəruridir.
Hürr Tərcüman