İrandan Azərbaycan və Türkiyəyə qarşı TƏXRİBAT - Ərdoğanın çıxışını SƏHV TƏRCÜMƏ ETDİLƏR
2022-09-21 15:08:00
İran Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədib.
Hurriyyet.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı edib. O, çıxışında Azərbaycana dəstəyini ifadə edib.
Lakin Tehran Radio və Televiziyası Ərdoğanın çıxışını ağlasığmaz və yalan tərcümə edib.
“Azərbaycan işğal etdiyi torpaqları həmişəlik tərk etməlidir”, – deyə Türkiyə Prezidentinin çıxışını təhrif ediblər.
Ərdoğanın çıxışını bu cür təhrifi insanlarda qəzəb yaradıb.