📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan Azərbaycanla diplomatik əlaqələrlə bağlı açıqlama

2024-04-15 15:07:26

İrandan Azərbaycanla diplomatik əlaqələrlə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, İran XİN-in mətbuat katibi Nəsir Kənani mətbuat konfransındakı çıxışında Azərbaycanın Tehrandakı səfirliyinin yaxın zamanda öz işini bərpa edəcəyini bəyan edib. Bu barədə xəbəri İSNA agentliyi verib.
Kənaninin sözlərinə görə, diplomatik nümayəndəliyin işinin bərpası ilə əlaqədar Bakı ilə Tehran arasında razılaşma əldə edilib. 
Kənani əlavə edib ki, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti başa çatdığı üçün Tehran yeni səfir təyin eləməyə hazırlaşır.
Hürr Tərcüman