📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan böyük dəyişiklik gözləmirik - ABŞ

2024-07-25 17:02:56

İrandan böyük dəyişiklik gözləmirik - ABŞ

İranın yeni hökuməti ilə bağlı onu deməliyəm ki, prezident qərar verən deyil. Son qərar İranın rəhbəri tərəfindən verilir.

Hurriyyet.az xəbər verir ki, bunu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O bildirib ki, bu səbəbdən ABŞ Tehranın yanaşmasında ciddi dəyişikliklərin baş verəcəyini gözləmir.

“ABŞ-ın İranın nüvə fəaliyyətləri ilə bağlı prioriteti diplomatiyadır. Ancaq bunun üçün İran gərginlik yaradan fəaliyyətini dayandırmalı, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməlidir”,- sözçü deyib./axar.az/