İrandan İsrailə hücum ilə bağlı açıqlama
2024-08-26 12:59:32
Hurriyyet.az xəbər verir ki, İran XİN İsrailə hökmən zərbə endiriləcəyini bəyan edib.
İranın xarici işlər naziri Abbas Araqçi italiyalı həmkarı Antonio Tayani ilə telefon söhbəti zamanı İranın İsrailə zəhrbə endirmək ideyasından imtina etmədiyini və bu zərbənin qaçılmaz, dəqiq və düşünülmüş olacağını söyləyib.
Tayani isə regiondakı qeyri-sabitliyin narahatlıq doğurduğunu söyləyib və İranı təmkinli olmağa çağırıb.
Hürr Tərcüman