📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan Körfəz ölkələrinə XƏBƏRDARLIQ: ABŞ və İsrailə kömək etsələr müharibə alacaqlar

2024-10-11 11:13:37

İrandan Körfəz ölkələrinə XƏBƏRDARLIQ: ABŞ və İsrailə kömək etsələr müharibə alacaqlar

İran Körfəz ölkələrini ABŞ və İsrailə hücumlar vaxtı kömək etsələr, müharibə ilə hədələyib. Bu barədə "Reuters" xəbər verir.

İranın yüksək səviyyəli rəsmiləri "Reuters" agentliyinə bildiriblər ki, İran bu həftə keçirilən görüşlərdə Səudiyyə Ərəbistanına bu ölkə İsrailə hücumda hər hansı yardım göstərsə, krallığın neft obyektlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi haqda xəbərdarlıq edib. Danışıqlar zamanı həmçinin qeyd olunub ki, “Körfəz ölkələri öz hava məkanını İsrailə açsalar, bu, müharibə aktı kimi qiymətləndiriləcək”.

Ülviyyə, Hurriyyet.az