📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan Qərbə ismarıc: "Hazırıq"

2024-10-28 13:17:45

İrandan Qərbə ismarıc:

Hurriyyet.az xəbər verir ki, İran yenidən Qərblə dialoqa qoşulmağa hazır olduğunu bildirib. Bu barədə bəyanatı İranın ali dini lideri ayətulla Əli Xamaneinin müşaviri Əli Əkbər Vilayəti verib.
Vilayəti "Financial Times" nəşrinə müsahibəsində deyib: "İslam respublikası İranla səmimi münasibət qurmağa səy göstərən, ölkənin suverenliyinə hörmətlə yanaşan və bizimlə bərabər tərəfdaş kimi danışan istənilən Qərb dövləti ilə əməkdaşlığa hazırdır".
Nəşr Vilayətinin bu açıqlamanı oktyabrın 27-də, İsrailin İrana hücumundan sonrakı gün verdiyini qeyd edib.
Hürr Tərcüman