📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan rəsmi açıqlama – Rusiyadan qırıcılar və hücum vertolyotları alınır

2023-11-30 16:42:40

İrandan rəsmi açıqlama – Rusiyadan qırıcılar və hücum vertolyotları alınır

Hurriyyet.az xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, İran Rusiyadan Mi-28, Su-35 və Yak-130 modellərini almaq planlarını təsdiqləyib. Bu barədə açıqlamanı İranın müdafiə nazirinin müavini, general Seyid Mehdi fəxri verib.

Onun sözlərinə görə, İrana Rusiya istehsalı olan Su-35 qırıcılarının, Mi-28 hücum vertolyotlarının və Yak-130  təlim-məşq təyyarələrinin satılması barəsində sazişin imzalanmasına hazırlıq başa çatıb.

Generalın sözlərinə görə, hazırda İran regionda hərbi vertolyotların sayına görə liderdir. Eyni zamanda son onillik ərzində Tehran bir ədəd də olsun, yeni qırıcı əldə eləməyib. Ölkədə olan bir neçə ədəd Rusiya istehsalı olan MiQ-29 isə hələ 1990-cı illərdə satın alınıb.

Hürr Tərcüman