İrandan SENSASİON AÇIQLAMA: "Dağıdıcı plan hazırlamışıq!"
2026-10-18 19:46:37
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “X” sosial şəbəkəsindəki hesabında ölkəsinin hərbi imkanları və yeni qarşıdurma ssenariləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Möhsün Rzayi bildirib ki, İran Silahlı Qüvvələri mümkün yeni hərbi qarşıdurma ehtimalına qarşı əvvəlki 12 və 40 günlük müharibələrdən daha dağıdıcı bir əməliyyat planı hazırlayıb.
Musavat.com xəbər verir ki, Rzayi ABŞ və İsrail rəsmilərinin son günlərdə səsləndirdikləri təhdidləri kəskin tənqid edərək, bu bəyanatların “meydandakı reallığı dəyişməyəcəyini” iddia edib.
O, həmçinin xəbərdarlıq edərək vurğulayıb ki, İranın yeni əməliyyat planı qarşı tərəfin tanıdığı və ya gözlədiyi ənənəvi qaydalar çərçivəsində həyata keçirilməyəcək.