📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan Türkiyə ərazisinə keçən terrorçular zərərsizləşdirildi

2022-07-26 14:27:00

İrandan Türkiyə ərazisinə keçən terrorçular zərərsizləşdirildi

İrandan Türkiyəyə keçən terrorçular öldürülüb. Bu barədə türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu biri İran vətəndaşlı olmaqla İrandan Türkiyə ərazisinə keçmək istəyən iki terrorçunun zərərsizləşdirildiyini bildirib.
Bu haqda öz Tvitter hesabında paylaşım edən Soylu terrorçuların Türkiyənin jandarma qüvvələri tərəfindən zərərsizləşdirildiyini yazıb.
"Bir daha terrorçulara deyirik ki, təslim olun, yoxsa bu torpaqlar ölüm yeriniz olacaq!"-deyə, Soylu paylaşımında qeyd edib.

Ülviyyə, Hurriyyet.az