📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan Türkiyəyə qaz nəqli dayandırılır

2022-10-01 14:45:00

İrandan Türkiyəyə qaz nəqli dayandırılır

İran-Türkiyə təbii qaz boru kəmərindən qaz verilişi oktyabrın 2-dən 9-dək müvəqqəti dayandırılacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Botaş” şirkəti məlumat yayıb.

“Kəmərdə aparılacaq planlı cari təmir işləri ilə əlaqədar olaraq 8 gün ərzində “Gürbulak” giriş məntəqəsindən ötürücü şəbəkəmizə təbii qaz verilməyəcək”, - məlumatda bildirilib.

axar.az